Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
        Futbol
    "Müharibəni yox, döyüşü uduzduq" – "Sabah"ın baş məşqçisi
    10.07.2025 23:31:10

    Avropa Liqasının I təsnifat mərhələsinin “Sabah” – “Selye” oyunundan (2:3) sonra meydan sahibi komandanın baş məşqçisi Valdas Dambrauskas jurnalistlərin suallarını cavablandırıb.

    Prosport.Az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib.

    – “Selye”ni qələbə münasibətilə təbrik edirəm. Oyuna gələn azarkeşlərə təşəkkür edirəm. Belə atmosferdə oynamaq xoş idi. Əfsuslar olsun ki, evimizdəki ilk oyunda məğlub olduq. Bəzən futbolda belə hallar olur. Bəzi şeylər planlaşdırıldığımız kimi olmadı. Oyundan dərslər çıxarmalıyıq. Çox yaxşı komandaya qarşı oynadıq. Rəqib haqda qısa informasiyamız var idi. Çünki cəmi 1 yoxlama oyunu keçirmişdi. Ötən ildəki oyunlarına baxmışdıq, eyni üsluba sahibdirlər. İki komanda da oyuna yaxşı hazırlamışdı. Rəqibin ortadan başlayıb, oyunu cinahlara yaydığını bilirdik. Bunların qarşısını almağa çalışdıq. Müsbət məqamlar da var idi – rəqibin cərimə meydançasında yaxşı təzyiq edirdik. Təəssüf ki, son zərbələrdə, ötürmələrdə uğursuz olduq. Rəqibin əks-hücumlarda sürətli olduğunu bilirdik. Müdafiə xəttləri isə öndə idi. Müdafiə arxasına şığımaqla təhlükələr yaratdıq, amma son zərbələr alınmadı. İkinci hissədə oyunun nəzarəti gah bizdə, gah rəqibdə oldu. İrəlilədikcə çalışacağıq ki, dominantlığımızı artıraq. Uşaqlar əllərindən gələni etdilər. Bəzi anlarda tələskənlik xeyrimizə olmadı. Bu gün döyüşü uduzduq, müharibəni yox. Oyunu çevirə bilərik. Buna inanacağıq. Sloveniyada yaxşı nəticə üçün əlimizdən gələni edəcəyik.

    – Komanda buraxılan qollarda aciz görünürdü. İkinci hissədə isə demək olar, bütün üstünlük rəqibdə idi. Sanki oyunçular gözübağlı oynayırdı… Sloveniyada uşaqların gözünü açmaq mümkün olacaq?

    – “Sabah”ın klubu olaraq Azərbaycanı təmsil edirik. Futbolda bəzən uğur sizin yanınızda olmur. Oyunçularımıza hörmət etməyi sizə tövsiyə edirəm.

    – Rəqib baş məşqçi bildirdi ki, onlar daha yaxşı oynadı. Bu fikirlə razısınız?

    – Hər kəsin fikri var. Mübahisə etmək istəməzdim. Düzdür, ilk oyunu onlar qazandı. Amma bəzən bu, kifayət etmir. Qarşıda cavab oyunu var.

    – Erkən qol vurmaq planlarınızda var idi?

    – İki komanda da bu gün əlindən gələni etdi. Səhvlərimiz oldu. Bunlardan dərs çıxarmalıyıq. Səfər görüşü asan olmayacaq. Məşqçilər korpusu olaraq oyun planımızı quracağıq.

    – Riera komandaların oxşar forma geyməsinə narazılıq bildirdi. Sizin də şikayətiniz var?

    – Nəaə demək çətindir. Bunu oyunçulardan soruşmaq lazımdır. Ev komandası bizik. “Çelye” səfər formalarını gətirməliydi.

    – Oyundan əvvəl hücum futbolu oynadacağınızı demişdiniz. Amma bu gün daha çox müdafiədə qaldınız. Cavab görüşündə dominant oynamaq olacaq?

    – Ən yaxşı hücumu oynatmaq istəsən də, rəqibə diqqət etməlisən. Düzdür, ilk hissədə daha çox təzyiq edir, topları ala bilirdik. Amma ikinci hissədə daha çox topa nəzarət edən rəqib oldu. Bunda da fasilədən sonra tez qol vurmaları oldu. Hücum futbolu anlayışına da fərqli baxmaq lazımdır. Burda önəmli olan qollar vurmaqdır. Bəzən topu saxlamaqla fərqlənir, bəziləri əksinə. Bu gün daha çox pressinq edən tərəf idik. Sadəcə son toxunuşlarda dəqiqlik çatmadı.

    – Qısa müddətdə burda olmağınıza baxmayaraq komandanı düzgün hazırlaya bilmisiniz. Bu gün kifayət qədər epizod da yaratdınız, iki dəfə önə keçdiz. Düşünmürsünüz ki, oyunun qırılma anı qaçırılan pizodlarda gizlənmişdi?

    – Qol fürsətlərimizdən yararlana bilmədik. Nəzər alaq ki, ilk rəsmi oyunumuz idi. Bəzi uşaqlar 100 faiz hazır deyildi. Çox potensialımız var. Məğlubiyyət üzücüdür. Amma cavab görüşündə əlimizdən gələni edəcəyik ki, yaxşı nəticə əldə edək. Oyunun qırılma anı 3-cü qol idi.

    – Bir həftə vaxt qalıb. Oyuna qədər hansısa yeni transfer fikriniz var?

    – Seleksiya işlərimiz dayanmır. Futbolçuları çətin durumlarda daha yaxşı tanımaq olur. Bugünkü hesabdan nəticə çıxarmaq lazımdır. Sentyabra qədər transfer edə bilərik. Elə məşqçiyəm ki, bütün oyunçulara şans verməyi sevirəm. İstəyirəm ki, onlar da xoşbəxt olsun.

    – Yeni mövsümə hansı “silah”larla gələcəksiniz?

    – Hazırda ancaq “Çelye” haqda düşünürəm. Oyun üslubumuzu quracağıq və inanıram ki uğurlu olacağıq.

    – Hakimlər briqadasının Qazaxıstandan olması ədalətli idi?

    – Buna cavab vermək səlahiyyətimə daxil deyil.

    – Müdafiədə olan problemləri necə həll etməyi düşünürsünüz? 

    – Burda işləyən məşqçilərə təşəkkür edirəm. Hər məşqçi öz ideyası ilə gəlir. Bu gün başladığımız start heyətdəki müdafiəçilər ilk dəfə idi birlikdə oynayırdı. Oyunçulara inanmalıyıq. Bugünkü rəqibimizin ötənilki nəticəsini gözardı etməməliyik. Avrokubok oyunlarından daha çox nəticə çıxarmaq olur. Görək sonrası necə olacaq.

    Futbol

    "Qarabağ"ın 2 müdafiəçisi "Liverpul"la oyunu buraxa bilər

    21.01.2026 17:19:58
    Futbol

    Premyer Liqa klubu 3 futbolçu ilə yollarını ayırdı

    21.01.2026 15:32:37
    Futbol

    Azərbaycanlı hücumçudan yoxlama oyunlarında 2 qol

    21.01.2026 15:10:58
    Futbol

    Millimizin hücumçusu "Zirə" yolunda

    21.01.2026 14:45:31
    Futbol

    "Qarabağ" - "Ayntraxt" matçına nə qədər bilet satılıb?

    21.01.2026 12:21:13
    Futbol

    Adını 3-cü dəfə dəyişən köhnə "Şəfa" – FOTO

    21.01.2026 12:18:57
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Qarabağ"ın 2 müdafiəçisi "Liverpul"la oyunu buraxa bilər

    21.01.2026 17:19:58

    "Bakı ABŞ-də yerləşən Çikaqo şəhərini xatırladır" - Bölgə klubundan ayrılan legioner

    21.01.2026 16:48:26

    Millimiz Şəkidə təlim-məşq toplanışına başladı

    21.01.2026 16:02:12

    Premyer Liqa klubu 3 futbolçu ilə yollarını ayırdı

    21.01.2026 15:32:37

    Azərbaycanlı hücumçudan yoxlama oyunlarında 2 qol

    21.01.2026 15:10:58

    Millimizin hücumçusu "Zirə" yolunda

    21.01.2026 14:45:31

    Debütant darmadağınla qələbə qazandı

    21.01.2026 13:35:10

    Azərbaycan Güləş Federasiyası yeni layihəyə start verdi

    21.01.2026 12:41:21

    "Qarabağ" - "Ayntraxt" matçına nə qədər bilet satılıb?

    21.01.2026 12:21:13

    Adını 3-cü dəfə dəyişən köhnə "Şəfa" – FOTO

    21.01.2026 12:18:57

    Cahangir Fərəcullayevin müşaviri Avstriyaya yollandı

    21.01.2026 11:40:26

    Millimizin futbolçusu oynadı, komandası heç-heçə etdi

    21.01.2026 11:13:57

    "Qarabağ" - "Ayntraxt": Mütəxəssislər Azərbaycan çempionuna güvənir

    21.01.2026 10:56:12

    Almanlar "Qarabağ"ın heyətində bu iki futbolçunu fərqləndirdi

    21.01.2026 10:28:20

    Çempionlar Liqası: "Qarabağ" Almaniya klubuna qarşı

    21.01.2026 10:00:21
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved