Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Cütün ən yaxşısı bizik" - Albert Riera
    10.07.2025 23:27:07

    Avropa Liqasının I təsnifat mərhələsinin “Sabah” – “Selye” oyunundan (2:3) sonra qonaq komandanın baş məşqçisi Albert Riera jurnalistlərin suallarını cavablandırıb.

    Prosport.Az xəbər verir ki, mütəxəssis media nümayəndələri ilə görüşdə bunları deyib:

    – İlk hissədə sanki komandada uyğunlaşma problemi var idi. Lakin fasilədən sonra dominant futbol oynadınız. Oyundan razısınız? 

    – İlk oyundan sonra gördük ki, cütün ən yaxşı komandası bizik. Düzdür, hazırlıqdan sonra komandada yorğunluq var idi. Hesabın fərqi yoxdur, 2:2 də ola bilərdi. Meydanda baş verənlər bizim daha güclü olduğumuzu göstərdi.

    – Rəqibin qollarında fərdi səhvləriniz oldu… 

    – Futbolda səhvlər olur, normaldır. Əsas məsələ fərdi səhvlər yox, komandanın ideoloji oyunudur. Bundan məmnun qaldım. Səhvləri aradan qaldırmağa çalışacağıq.

    – Cütün taleyinin həll olunduğunu demək olar?

    – Əlbəttə, yox. Qarşıda 90 dəqiqə var. İlk oyunun nəticəsi önəmli deyil. Qələbə qazansaq da, qarşıda 90 dəqiqə var. Futbolçular oyuna 0:0 kimi başlamalıdır.

    – Qələbə qolunu vuran Dario Hrka haqda nə düşünürsünüz? Əvəzetmədən daxil olaraq qol vurdu… 

    – Oyunçunun meydana nə zaman daxil olmağı önəmli deyil. Bütün futbolçulara eyni yanaşıram. Bu qol komandanın əhval ruhiyyəsinə də yaxşı təsir edəcək. Cavab görüşündə əsas heyətdə 6-7 dəyişiklik edə bilərəm.

    – Penaltilər seriyasına hazırlaşacaqsınız? 

    – Hər şeyə hazırıq. Düşünmürəm ki, indidən futbolçuların beyninə bunları yeritməliyəm. Hər şeyə hazır olacağıq. Penaltilər seriyası haqda düşünmürük.

    – Bu oyuna qədər Azərbaycan futbolu haqda nə düşünürdünüz və matçdan sonra nə düşünürsünüz? 

    – Azərbaycanda işləməmişəm. Bu suala cavab verə bilmərəm. Komandaların geyimləri demək olar, eyni idi. İlk 10 dəqiqədən sonra futbolçular meydanda çaşınlıq yaşayırdı. Qazaxıstandan olan hakimə də bu barədə bildirdim. O, işini daha yaxşı bilməlidir. Formalar oxşar idi. Qazaxıstanla Azərbaycan arasında yaxınlıq var. İstəməzdim ki, bir-birinə yaxın olan ölkələrin hakimləri belə oyunlarda olsun. Çünki nəsə fərqli qərar ola bilərdi.

    Futbol

    "Məğlub olsaq, qətiyyən forma istəməyəcəyəm" - Stiv Solve

    25.11.2026 12:43:14
    Futbol

    "Sabah" - "Barselona": Təxmini "11-lik"lər

    25.11.2026 12:15:10
    Futbol

    "Barselona"nı məğlub edə bilərik" - "Sabah" cəbhəsindən iddialı açıqlama

    25.11.2026 11:12:47
    Futbol

    "Barselona"ya qarşı oynamaq hər futbolçu üçün arzudur" - "Sabah"ın futbolçusu

    25.11.2026 10:52:44
    Futbol

    Çempionlar Liqası: "Sabah" "Barselona" qarşısında möcüzə axtarışında

    25.11.2026 10:00:18
    Futbol

    Deku Bakı küçələrində: Turistlə şəkil çəkdirdi

    25.11.2026 00:18:58
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Məğlub olsaq, qətiyyən forma istəməyəcəyəm" - Stiv Solve

    25.11.2026 12:43:14

    "Sabah" - "Barselona": Təxmini "11-lik"lər

    25.11.2026 12:15:10

    Cüdo məşqçilərinin peşəkar inkişafı üçün xüsusi proqram

    25.11.2026 11:40:17

    "Barselona"nı məğlub edə bilərik" - "Sabah" cəbhəsindən iddialı açıqlama

    25.11.2026 11:12:47

    "Barselona"ya qarşı oynamaq hər futbolçu üçün arzudur" - "Sabah"ın futbolçusu

    25.11.2026 10:52:44

    "Turan" Çempionlar Liqasının qrup mərhələsində mübarizəyə başlayır

    25.11.2026 10:24:05

    Çempionlar Liqası: "Sabah" "Barselona" qarşısında möcüzə axtarışında

    25.11.2026 10:00:18

    "Turan"ın Çempionlar Liqasındakı ev oyunlarının məkanı və vaxtı bilindi

    25.11.2026 09:27:18

    Deku Bakı küçələrində: Turistlə şəkil çəkdirdi

    25.11.2026 00:18:58

    "Sabah" – "Barselona" oyununa görə 18 xətdə dəyişiklik

    24.11.2026 23:27:23

    "Elə bir an oldu ki, Mahir intensiv təzyiqə başladı" – "Rakuv"un baş məşqçisi

    24.11.2026 22:45:07

    "Barselona" kimi komandalar bir futbolçudan asılı olmur" – Rəhman Daşdəmirov

    24.11.2026 22:14:32

    Arşavin Bakıya gəldi, Şahruddinlə görüşdü - FOTO

    24.11.2026 21:40:34

    "Barselona" BOS-da məşqə çıxdı

    24.11.2026 21:10:38

    II Liqada XIII turun təyinatları açıqlandı

    24.11.2026 20:48:56
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved