"Turan Tovuz" heyətini yeni futbolçu ilə gücləndirib.
Prosport.Az xəbər verir ki, “Sabah”a məxsus olan müdafiəçi Abdulla Rzayev icarə əsasında Tovuz təmsilçisinin şərəfini qoruyacaq.
“Şamaxı”, “Kəpəz” və “Araz-Naxçıvan”ın da formasını geyinmiş 23 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.

