İspaniyanın "Real" (Madrid) klubu Türkiyə millisinin futbolçusu Arda Gülərlə müqavilə imzalayıb.
Prosport.Az xəbər verir ki, 18 yaşlı yarımmüdafiəçi 6 illik sözləşməyə qol çəkib.
Türkiyəli oyunçu yeni komandasında 24 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Arda Gülər "Real"a "Fənərbağça"dan transfer olunub.

