Bakıda "Sabah" və Sloveniyanın "Selye" komandası arasında keçiriləcək UEFA Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununa indiyədək satılmış biletlərin sayı bəlli olub.
Prosport.Az xəbər verir ki, artıq qarşılaşmaya 5000 bilet satılıb.
Qeyd edək ki, “Sabah” – “Selye” matçı iyulun 10-da, saat 20:00-da “Bank Respublika Arena”da baş tutacaq. Cavab görüşü iyulun 17-də, Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

