"Şamaxı” yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.
Prosport.Az xəbər verir ki, bölgə klubu Sezar Enrike Dias Santosu heyətinə qatıb. Braziliyalı müdafiəçi ilə 1 illik müqavilə imzalanıb.
25 yaşlı oyunçu son olaraq ölkəsinin "Kaşiaş" klubunda çıxış edib.
Xatırladaq ki, "Şamaxı" bu yay Emil Süleymanov, Oruc Məmmədov, Həbib İsmayılov, Dioqo Balau və Karim Rossini də transfer edib.

