Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Uşaqlara deyirəm ki, səhv etməkdən qorxmasınlar" – "Sabah"ın baş məşqçisi
    8.07.2025 19:16:17

    "Sabah" Avropa Liqası I təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Bakıda Sloveniyanın "Selye" klubunu qəbul edəcək.

    Prosport.Az xəbər verir ki, Masazır təmsilçisinin baş məşqçisi Valdas Dambrauskas matçdan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

    - Hamınızı salamlayıram. Şadam ki, oyunöncəsi mətbuat konfransında bu qədər insan görürəm. Avropada bu cür oyunlar çox önəmli və həyəcanlı olur. Həyəcanla və səbirlə bu matçı gözləyirik. Rəqibin böyük təcrübəsi var. Keçən mövsüm çox sürprizlər ediblər. Bilirik ki, "Selye" ötən mövsüm Konfrans Liqasında irəliləyib. Çox güclü rəqibdir. Amma məşqçilər korpusu, klub olaraq bu oyunu böyük səbirsizliklə gözləyirik. Əlimizdən gələni edəcəyik. Bütün azarkeşlərimizi stadiona dəvət edirik. Söz verirəm ki, ən yaxşı performansımızı göstərməyə çalışacağıq. Çalışacağıq ki, olk oyun üçün yaxşı nəticə əldə edək.

    - Azərbaycana gəlişiniz necə alındı? "Sabah"ın təklifi ilə tez bir zamanda razılaşdınız?

    - Belə vəziyyətlərdə çox tez qərar verirsən. "Sabah" təklif göndərəndə, başqa klubla müqaviləm var idi. "Sabah"ın çox iddialı olması qərarıma çox təsir etdi. Bilirən ki, klub 8 ildir yaranıb. Çox uğurlar əldə ediblər. Ötən mövsüm kuboku qazanıblar. Klubun iddiası məni cəlb etdi ki, bura gəlim. İnanıram ki, 4-cü gün uğurlu çıxışla irəli addım atmış atacağıq.

    - "Sabah" nəyin hesabına "Selye"ni keçə bilər?

    - Bu tip oyunlarda xırda detallar çox şeyi həll edir. Rəqibi analiz edirik. Onlar keçən illə müqayisədə 5-6 önənli oyunçusunu itirib. Sadəcə 1 yoldaşlıq görüşü keçiriblər. Onların nəyə qadir olduğunu demək hələ  çətindir. Bizim üçün müsbətdir. Bu dönəmdə bütün komandalar bərabər səviyyədə olur, komandaların oyun təcrübəsi olmur. Komandamı toplanışda gördüm, uşaqlar çox istəklidirlər. Mənim üçün ən əsası bunlardır. İnanıram ki, belə davam etsək, inanaraq işləsək, uğurlu nəticələr olacaq.

    - "Omoniya"nın baş məşqçisi kimi "Zirə"ni keçərək, Konfrans Liqasında qrupa düşmüsüz. Hazırkı komandanızda bu potensialı görürsünüz?

    - İki komandanı müqayisə etmək düzgün deyil. Amma öz komandamda bu potensialı görürəm. Komandamız hərəkətli, aktiv, modern oyun oynayır. Həmişə çalışıram ki, meydanda dominant tərəf biz olaq. Məşqçi kimi hücum futbolu oynatmağı sevən biriyəm. Çox istəyirəm ki, komandam 1 qoldan sonra 2-ci qolu vurmaq istəsin.

    - "Sabah" basketbol klubunun baş məşqçisi Rimas Kurtinaytis sizin komandaya gəlmənizdə önəmli rol oynadı. Onunla söhbət etmişdiniz?

    - Xeyr. Danışmamışam. Çünki mən klubun rəhbərliyini tanıyıram. Çalışacam əlimdən gələni edim ki, klubun iddialarının bir parçası olum. 

    - Həm siz, həm də Stas Pokatilov bildirdi ki, 4-cü günkü oyunu səbirsizliklə və həyəcanla gözləyirik. Bu həyəcan və səbirsizlik oyunun gedişində sizə mənfi təsir etməz ki?

    - Əlbəttə ki, birinci və ya axırıncı oyunda əsəbilik olur. Birinci matçda daha çox olur. Rəqibi tanımırsan, amma 5-10 dəqiqə sonra bu itir. Bu da normal haldır. Tamamilə həyəcanlı deyiləm, narahatlıq keçirmirəm, əsəbi deyiləm. İki həftə ərzində çox yaxşı məşq etmişik. İstəyərdim ki, daha da əlavə məşqlərimiz olsun. Öz komandama inanıram. Biz bu oyuna inanırıq.

    - Avstriyadakı toplanışda iki oyunda 5 qol vurub, 5 qol buraxmısınız. Beş qol buraxmağınız müdafiədəki problemlərdən xəbər verir?

    - Yoldaşlıq görüşləri bizim üçün önəmlidir. Hər zaman güclü rəqiblərlə qarşılaşmağa önəm verirəm. Belədə, öz problemlərimizi görə bilirik. Bu, mənim oyun tərzimdir. Güclü rəqiblərlə oynamaq istəyirəm. Səhvləri oyunçulara göstəririk. Onlara göstərim ki, nələri səhv etmişik. Yoldaşlıq görüşlərində 3:0 udacağıqsa, nəyi analiz edəcəyik, hansı zəif cəhətlərimizi onlara göstərəcəyik? Rəsmi matçlarda bu cür problemlərlə qarşılaşa bilərik. Uşaqlar da çox xoşbəxt idilər. İki oyunda da çox qol vura bilərdik. Hər şey istədiyimiz kimi mükəmməl deyil. Vaxtımız çox deyil. Amma oyunçularıma çox inanıram.

    - Ötən mövsüm komanda çempionatda uğurlu olmadı, kuboku götürərək avrokuboklara yollandı. Komandada nəyi dəyişmək istəyirsiniz?

    - Biz hər şeyin fərqindəyik. Keçən il birinci yerdəki komanda ilə xal fərqimiz 41 olub. Addım-addım böyümək istəyirik. Fərqi yavaş-yavaş aradan qaldırmağa çalışırıq. İki həftə ərzində çox pozitiv şeylər gördüm. Uşaqlara deyirəm ki, qorxamadan oynasınlar, səhv etməkdən qorxmasınlar. Onlara demişəm ki, səhvə görə onları danlamayacam. Sadəcə reaksiyaları düzgün verməliyik. Oyunçular arasında münasibət də önəmlidir. Eyni cinahda oynayan futbolçuların bir-birini başa düşməsi çox önəmlidir. Bütün komponentləri birləşdirmək lazımdır. Məşqdən-məşqə inkişaaf etməyi, artırmağı sevən məşqçiyəm. Hər şeyə addım-addım getməliyik.

    - Azərbaycan millisinin qapıçısı Yusif İmanovda nələri gördüz ki, həm toplanışa aparmadız, həm də UEFA-nın sifariş ərizəsinə daxil etmədiniz?

    - Bu qərar mənim komanda ilə işləməyimdən öncə verilmişdi. Bu barədə nəsə şərh verə bilmirəm.

    Futbol

    "Ondan gizli hücumçu kimi istifadə etmək istəyirik" - Ayxan Abbasov

    23.09.2026 22:46:01
    Futbol

    "Azərbaycan D divizionunda olmağa layiq deyil" - İqor Angelovski

    23.09.2026 22:37:26
    Futbol

    Millimiz Tacikistana çətinliklə qalib gəldi

    23.09.2026 21:57:17
    Futbol

    Azərbaycan - Tacikistan: HEYƏTLƏR

    23.09.2026 18:46:45
    Minifutbol

    Azərbaycan təmsilçisi Çempionlar Liqasına məğlubiyyətlə başladı

    23.09.2026 18:14:58
    Futbol

    Millimizin oyununa maraq azdır: Cəmi bu qədər bilet satılıb

    23.09.2026 17:46:51
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Ondan gizli hücumçu kimi istifadə etmək istəyirik" - Ayxan Abbasov

    23.09.2026 22:46:01

    "Azərbaycan D divizionunda olmağa layiq deyil" - İqor Angelovski

    23.09.2026 22:37:26

    "Mən hansı klubun kapitanı olduğumu bilirəm" - "Neftçi"nin üzvü

    23.09.2026 22:07:31

    Millimiz Tacikistana çətinliklə qalib gəldi

    23.09.2026 21:57:17

    "Səfərə qalib gəlmək üçün gedəcəyik" - Konstantinos Vasiliadis

    23.09.2026 21:50:19

    Fərhad Rəcəbli dünya 3-cüsü oldu

    23.09.2026 21:28:44

    Yunanıstan üzərində qələbə, Ermənistana məğlubiyyət

    23.09.2026 21:00:49

    "Neftçi" FIBA Avropa Kubokuna qələbə ilə başladı

    23.09.2026 20:54:09

    Respublika Velotrekində məşqçilər üçün "Təhlükəsiz idman" mövzusunda təlim keçirilib

    23.09.2026 20:39:24

    “Birbaşa Bakı” Çempionlar Liqasına qələbə ilə başladı

    23.09.2026 20:17:08

    Azərbaycan Basketbol Liqası klublarına oyun qaydalarındakı dəyişikliklər barədə məlumat verilib

    23.09.2026 19:34:17

    Azərbaycanı Avropa çempionatında 12 stend atıcısı təmsil edəcək

    23.09.2026 19:09:16

    Azərbaycan - Tacikistan: HEYƏTLƏR

    23.09.2026 18:46:45

    Azərbaycan təmsilçisi Çempionlar Liqasına məğlubiyyətlə başladı

    23.09.2026 18:14:58

    Millimizin oyununa maraq azdır: Cəmi bu qədər bilet satılıb

    23.09.2026 17:46:51
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved