"Qarabağ"ın futbolçusu Aleksey Kaşşuk qış fasiləsində İspaniyadan təklif alıb.
Prosport.Az xəbər verir ki, Ukrayna mətbuatı 25 yaşlı vingeri heyətinə qatmaq istəyən klubun adını açıqlayıb.
İddiaya görə, həmin vaxt La Liqada mübarizə aparan "Valyadolid" ukraynalı vingeri 6 aylıq icarəyə götürmək istəyib. Lakin Ağdam təmsilçisi bununla razılaşmayıb. Nəticədə keçid baş tutmayıb.
Qeyd edək ki, Aleksey Kaşşuk ötən mövsüm "Qareabağ"ın heyətində meydana çıxdığı 39 rəsmi matçda 8 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

