"Karvan" klubu "Səbail"dən ayrılan futbolçu Süleyman Əhmədovu heyətinə qatıb.
Prosport.Az xəbər verir ki, Yevlax təmsilçisi 26 yaşlı müdafiəçi ilə 1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, "Karvan" 2024/2025 mövsümündə I Liqada 3-cü yeri tutaraq Premyer Liqaya vəsiqə qazanıb.

