Bu gün "Qarabağ" Ukraynanın "Metallist" komandası ilə qeyri-adi yoxlama matçı keçirəcək.
Prosport.Az xəbər verir ki, tərəflər hər biri yarım saatdan ibarət dördhissəli oyuna çıxacaqlar. Belə bir qərar 2 klub arasındakı razılaşma əsasında qəbul olunub.
Avstriyadakı "Ulrich Sportplaz" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 19:30-da başlanacaq. Qarşılaşma "Metallist"in yutub kanalı vasitəsilə canlı yayımlanacaq.
Qeyd edək ki, bu, "Qarabağ"ın Avstriya toplanışında ilk, "Metallist"in 3-cü yoxlama oyunu olacaq.

