Oğlanlardan ibarət basketbol üzrə 16 yaşadək millimiz (U-16) Avropa çempionatının C divizionunda keçirdiyi 2-ci oyunda məğlub olub.
Prosport.Az xəbər verir ki, komanda Andorra seçməsi ilə qarşılaşıb.
Görüş rəqibin 52:42 hesablı qələbəsi ilə yekunlaşıb. U-16 B qrupunda növbəti matçını iyulun 9-da Lüksemburq yığmasına qarşı keçirəcək.
Qeyd edək ki, milli ilk oyunda San-Marinonu 105:60 hesabı ilə məğlub etmişdi.
