UEFA Avropa Liqasında mübarizəyə hazırlaşan "Sabah" futbol komandası Avstriyada təlim-məşq toplanışını davam etdirir.
Prosport.Az-ın xəbərinə görə, komanda istirahət günündə "Human Knot" adlanan əyləncəli oyunla məşğul olub.
Oyunun qaydalarına görə, iştirakçıların bəziləri gözlərini yummalıdır.
Qeyd edək ki, Sloveniyanın "Selye" komandası ilə qarşılaşacaq "Sabah" yoxlama görüşlərində "Rapid"lə (Rumıniya) 2:2 və "Pakş"la (Macarıstan) 3:3 oynayıb.








