"Kəpəz" heyətinə daha bir futbolçu qatıb.
Prosport.Az xəbər verir ki, portuqaliyalı Pedru Qomiş bölgə klubuna transfer olunub.
Mərkəz müdafiəçisi ilə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, 22 yaşlı oyunçunun son klubu vətənində "Boavişta" olub. O daha əvvəl vətənində "Amora", "Sportinq"in Akademiyasında, eləcə də "Atletiko", "Bareyrensi" klublarıdna çıxış edib.

