"Mingəçevir" baş məşqçisi Füzuli Məmmədovla vidalaşıb.
Prosport.Az xəbər verir ki, çalışdırıcı ilə yanaşı, köməkçiləri də I Liqa təmsilçindən gedib.
Qeyd edək ki, Məmmədov bu ilin yanvarından şəhərin eyniadlı komandasının sükanı arxasına keçmişdi. "Mingəçevir" onun rəhbərliyi altında mövsümü 4-cü pillədə başa vurub.
Yeni baş məşqçinin Mingəçevir futbolunun yetirməsi olan Ramiz Məmmədov olacağı gözlənilir. Onun köməkçilərindən biri Mehman Baxışov olacaq.

