“Sabah”dan ayrılan Şakir Seyidov yenidən “Kəpəz”də çıxış edəcək.
Prosporr.Az xəbər verir ki, futbolçu ilə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, müdafiəçi mövqeyində oynayan Şakir Seyidov 2023/2024-cü illər mövsümündə də "Kəpəz"in şərəfini qoruyub. Həmin dövrdə "Sabah"dan icarəyə götürülmüş oyunçu Qərb təmsilçisinin heyətində 28 matç keçirib və 1 qol vurub.