Yeni mövsümün transfer çalışmalarını davam etdirən “Qəbələ” heyətinə daha bir futbolçu qatıb.
Prosport.Az xəbər verir ki, qanalı mərkəz müdafiəçisi İsaak Amoa “qırmızı-qaralar”ın uğurları üçün çalışacaq.
24 yaşlı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, İsaak Amoanın son klubu ötən mövsümün 2-ci yarısında formasını geyindiyi İspaniyanın 3-cü liqa təmsilçisi “Atletiko Sanlukenyo” olub. O, bunadək İspaniyada “Valyadolid”in U-19 və əvəzedici komandalarında, həmçinin “Alxesiras”, “Tarasona”, Polşada “Poqon" (Siedlse) klublarında da çıxış edib.

