UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Araz-Naxçıvan”ın rəqibi olan “Aris” yay toplanışı çərçivəsində yoldaşlıq oyunu keçirib.
Prosport.Az xəbər verir ki, Yunanıstan təmsilçisi Şotlandiyanın “Livinqston” klubu ilə qarşılaşıb.
Saloniki klubu bu görüşdə 1:3 hesabı ilə uduzub. Bundan sonra "Aris" Belçikanın “Anderlext” və Niderlandın “AZ Alkmaar” klubları ilə yoldaşlıq oyunları keçirəcək.
Xatırladaq ki, “Araz-Naxçıvan” - “Aris” matçları iyulun 24-ü və 31-də olacaq.

