UEFA Çempionlar Liqasında iştirak edəcək "Araz Naxçıvan" heyətini gücləndirmək istiqamətində çalışmalara başlayıb.
Prosport.Az xəbər verir ki, ölkə çempionunun mövsümlərarası fasilədə ilk transferi serbiyalı futzalçı olub.
Ninoslav Aleksiç qarşıdakı 1 il ərzində “Araz Naxçıvan”ın uğurları üçün çalışacaq. Serbiya millisinin də üzvü olan 28 yaşlı forvardın son klubu ölkəsində “Ekonomats” olub.

