"Karvan"da qapıçılar üzrə məşqçi müəyyənləşib.
Prosport.Az-ın xəbərinə görə, bu, Hüseyn Məhəmmədov olacaq.
Qeyd edək ki, 50 yaşlı Hüseyn Məhəmmədov əvvəllər "Neftçi"də çıxışları ilə tanınıb. 2006-cı ildə qısa müddət də olsa "Karvan"da çıxış edib. Həmçinin, "Turan", "Kəpəz", "Şəmkir", "Olimpik", "Standard" (Bakı), "Bakılı" və "Araz-Naxçıvan"da oynayıb. Millimizdə də 12 oyuna çıxmış veteran "Turan"la 1, "Kəpəz"lə 2, "Şəmkir"lə 2, "Neftçi" ilə 2 dəfə Azərbaycan çempionu olub. "Kəpəz"lə 3, "Neftçi" ilə isə 1 dəfə Azərbaycan Kubokunu başı üzərinə qaldırıb.

