"Sabah"ın UEFA Avropa Liqasının ilk təsnifat mərhələsindəki rəqibi "Selye" (Sloveniya) yarımmüdafiəçi transfer edib.
Prosport.Az xəbər verir ki, Darko Hrka ilə 2027-ci ilə qədər müqavilə imzalanıb.
"Nafta"dan (Sloveniya) transfer olunan 25 yaşlı futbolçu ötən mövsüm bütün yarışlarda 37 oyun keçirib.
Qeyd edək ki, "Sabah" və "Selye" arasında ilk oyun iyulun 10-da "Bank Respublika Arena"da, saat 20:00-da start götürəcək. Cavab görüşü iyulun 17-də, Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

