Minskdə Belarusa yoxlama oyununda 0:2 uduzan qadın millimizin ən yaxşı oyunçusu müəyyənləşib.
Prosport.Az-ın xəbərinə görə, bu, millimizin kapitanı Sevinc Cəfərzadə olub.
Belarus tərəfindən isə ən yaxşı futbolçu rəqib komandanın kapitanı və matçda 49-cu dəqiqədə hesabı açan Anastasiya Linnik seçilib. Hər iki futbolçuya "Luç" saat zavodunun hədiyyəsi təqdim edilib.
Qeyd edək ki, bundan öncə Jodino şəhərində Belarusa 0:3 uduzmuş matçda Nigar Mirzəliyeva millimizdən ən yaxşı seçilmişdi.

