Çimərlik futbolu üzrə milli komandamız Bakıda təşkil olunan dünya çempionatının seçmə mərhələsində 2-ci məğlubiyyətini alıb.
Prosport.Az-ın xəbərinə görə, yığmamız Estoniya ilə üz-üzə gəlib. Su İdman Sarayının ərazisindəki çimərlik futbolu meydançasında keçirilən qarşılaşma rəqibin 7:4 hesablı qələbəsi ilə yekunlaşıb.
A qrupunun digər matçında İtaliya yığması Moldovanı məğlub edib – 3:1.
Qeyd edək ki, Azərbaycan millisi ilk görüşdə Moldovaya 2:3 hesabı ilə uduzub. Bu nəticədən sonra Zeynal Zeynalovun kollektivi qrupda sonuncu sıraya düşüb və Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində gələn ilin 15-25 fevral tarixlərində keçiriləcək dünya çempionatına qatılmaq şansını əldən verib.

