Ölkəmizi UEFA Avropa Liqasında təmsil edəcək “Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.
Prosport.Az xəbər verir ki, klub 25 yaşlı Əlcəzair əsilli fransalı dayaq yarımmüdafiəçisi Zinəddin Uld Xalidlə 2 illik müqavilə imzalayıb.
Fransa təmsilçisi “Anje"nin yetirməsi olan oyunçu karyerası ərzində bu klubun əsas və B komandalarında çıxış edib.
Qeyd edək ki, "Sabah" daha əvvəl Əlcəzair Əsilli Hakim Zedadka və qvadelupalı Stiv Solveni heyətinə qatmışdı.

