"Sabah"ın UEFA Avropa Liqasının I təsnifat mərhələsində rəqibi olan "Selye" klubu futbolçusu Nikita Yusifovla müqavilənin müddətini uzadıb.
Prosport.Az xəbər verir ki, anlaşmaya əsasən, 24 yaşlı rusiyalı vinger 2026-cı ilin yayınadək komandanın formasını geyinəcək.
Qeyd edək ki, "Sabah" və "Selye" arasında ilk oyun iyulun 10-da "Bank Respublika Arena"da, saat 20:00-da start götürəcək. Cavab görüşü iyulun 17-də, Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

