Qadın futbolçulardan ibarət Azərbaycan millisi növbəti yoxlama oyununu keçirib.
Prosport.Az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu yığmamız səfərdə Belarusla üz-üzə gəlib.
Minskdəki “Traktor” stadionunda baş tutan qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitib – 2:0. Qolları belaruslular fasilədən sonra vurub. Kapitan Anastasiya Linnik 49-cu və Anastasiya Şlapakova 66-cı dəqiqədə qapımızdan keçirib.
Qeyd edək ki, Belarusda təlim-məşq toplanışında olan Azərbaycan millisi iyunun 28-də bu rəqibə 0:3 hesabı ilə uduzub.

