Bu gün Azərbaycan millisinin və "Kayzerslautern"in futbolçusu Mahir Emrelinin 28 yaşı tamam olur.
Prosport.Az xəbər verir ki, Almaniya klubu bu münasibətlə təcrübəli hücumçunu təbrik edib.
"Qırmızı-ağ"larla ilk ad günü. Doğum günün mübarək, Mahir!" - deyə təbrik mesajında bildirilib.
Qeyd edək ki, Mahir Emreli "Kayzerslautern"lə 3 illik müqavilə imzalayıb.

