Misli Premyer Liqasında çıxış edən “Şamaxı” klubu futbolçusu Vüsal Məsimovla yollarını ayırıb.
Prosport.Az xəbər verir ki, müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Qeyd edək ki, 24 yaşlı müdafiəçi "Şamaxı"ya bu ilin yanvarında "Səbail"dən keçmişdi.

