"Sabah"ın UEFA Avropa Liqasındakı rəqibi olan Sloveniyanın "Selye" klubu heyətini daha bir futbolçu ilə gücləndirib.
Prosport.Az-ın xəbərinə görə, "Selye" sloveniyalı hücumameyilli mərkəz yarımmüdafiəçisi Andrey Kotniki heyətinə qatıb.
29 yaşlı futbolçunun son klubu Çinin "Dalyan Kun Siti" olub.
Qeyd edək ki, bu transferin həyata keçirilməsində "Qarabağ" və "Bakı"nın sabiq serbiyalı futbolçusu, hazırda menecer kimi fəaliyyət göstərən Boyan İliçin rolu olub.

