"Sabah" futbolçusu Kristian Da Silva Fil ilə yeni müqavilə bağlayıb.
Prosport.Az xəbər verir ki, braziliyalı müdafiəçinin sözləşməsinin müddəti 2024-cü ilin iyununa kimi uzadılıb.
Qeyd edək ki, Kristian Da Silva ötən ilin fevralından "Sabah"ın üzvüdür. Futbolçu bu komandanın heyətində 34 oyun keçirib, 2 qola imza atıb.

