AFFA Region Liqasının qalibi "Xankəndi" heyətdə "təmizləmə əməliyyatı"na başlayıb.
Prosport.Az xəbər verir ki, II Liqaya vəsiqə qazanan bölgə klubu 8 futbolçu ilə yollarını ayırıb.
Çempion heyətdən Anar Babayev, Rəşad Həmidov, Coşqun Qorçiyev, Ziya Məmmədli, Murad Rəhimli, Ruzigar İbrahimzadə, Bayram Əliyev və Elariz Xəlilli ilə əməkdaşlıq dayandırılıb.

