“Sabah” müdafiəçi Süfyan Şakla ilə yollarını ayırıb.
Prosport.Az xəbər verir ki, mərakeşli futbolçunun mövsümün sonunda başa çatan müqaviləsi yenilənməyib.
Qeyd edək ki, Süfyan Şakla 2023-cü ildən “Sabah”ın uğurları üçün çalışırdı. O, bu müddətdə keçirdiyi 71 oyunda 5 qol vurub.

