Yeqor Xvalkonun "Kəpəz"i tərk edib.
Prosport.Az xəbər verir ki, belaruslu müdafiəçinin Gəncə klubu ilə müqaviləsi başa çatıb.
Futbolçu son 3 ildə "sarı-göylər"in şərəfini qoruyub. Onun Gəncədəki karyerası 2022-2023-cü illər mövsümündən başlayıb. 28 yaşlı oyunçu komandanın heyətində 95 çempionat matçında meydana çıxaraq 3 qol vurub. Yeqor Xvalko son 2 mövsümdə "Kəpəz"in kapitanlarından olub.

