Bunadək 12 oyunçu ilə yollarını ayıran “Neftçi”də daha bir ayrılıq gözlənilir.
Prosport.Az futbolpress.az-a istinadən xəbər verir ki, “ağ-qaralar”ın qapıçısı Rza Cəfərov Rumıniyanın köklü klublarından birinin “radar"ına düşüb.
2021-ci ildən “Neftçi”nin qapısını qoruyan 21 yaşlı qolkiperə görə rəsmi təklifin gəldiyi bildirilir.
Rza başa çatan mövsümdə Premyer Liqada 31 oyunda 45 qol buraxıb. O, 5 matçda qapısını toxunulmaz saxlayıb.

