"Boavişta"ya Portuqaliya II Liqasında iştirak etmək üçün lisenziya verilməyib.
Prosport.Az xəbər verir ki, Portu təmsilçisinin peşəkar statusunu itirəcəyi bildirilir.
2001-ci ildə Portuqaliya çempionu olan "Boavişta" hazırda maliyyə problemləri yaşayır və ötən mövsüm çempionatda sonuncu - 18-ci yeri tutaraq yüksək liqanı tərk edib.
Qeyd edək ki, 2016/17 mövsümündə "Boavişta"nın heyətində Azərbaycan millisinin futbolçuları Kamran Ağayev və Emin Mahmudov çıxış edib.

