İtaliyanın "İnter" komandası 2 aparıcı futbolçusu ilə müqavilənin müddətini uzadıb.
Prosport.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, 29 yaşlı Hakan Çalhanoğlu ilə 2027-ci ilədək müqavilə bağlanıb.
24 yaşlı Alessandro Bastoni ilə isə 2028-ci ilədək nəzərdə tutulan müqavilə imzalanıb.

