Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    AFFA İcraiyyə Komitəsinin qərarları açıqlandı – FOTOLAR
    25.06.2025 13:58:53

    AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

    Prosport.Az xəbər verir ki, AFFA-nın prezidenti Rövşən Nəcəf iclasın gündəliyi barədə məlumat verib.

    Daha sonra gündəlikdə duran məsələlər müzakirə olunub.

    Əvvəlcə UEFA-nın HatTrick investment proqramı barədə AFFA-nın baş katibi Cahangir Fərəcullayev məlumat verib. Qeyd edilib ki, HatTrick investment layihəsi çərçivəsində UEFA-ya müraciət olunaraq aşağıdakı infrastruktur məsələlərinin icrası planlaşdırılır:

    – AFFA-nın İnkişaf Strategiyasının icrası ilə əlaqədar Futbol İnkişaf Mərkəzinin pilot layihəsinin həyata keçirilməsi üçün Bayıl stadionunda və stadionun ərazisində yerləşən inzibati binada təmir işlərinin aparılması.

    – Ağsu şəhər stadionunda infrastrukturun Premyer Liqa tələblərinə çatdırılması.

    AFFA İnkişaf Strategiyası çərçivəsində UEFA-ya müraciət etmək üçün aşağıdakı istiqamətlər üzrə sənədləşmə və layihələndirmə işlərinə başlanılsın:

    – Birinci Regional İnkişaf Mərkəzinin inşası.

    – Aşağı yaş qrupları üzrə liqaların keçirilməsi üçün 2 meydanın ot örtüyünün yenilənməsi.

    Ardından Əvəzedicilər Liqası ilə bağlı müzakirələr aparılıb. AFFA-nın baş katibi C.Fərəcullayev Əvəzedicilər Liqasında ötən mövsümün gedişi, komandaların vəziyyəti, statistik göstəriciləri barədə məlumat verib. Məsələ ilə bağlı Klublar Komitəsinin rəyi dinlənilib. Əvəzedicilər Liqası ötən mövsüm olduğu kimi davam etdiriləcək.

    Daha sonra futzal üzrə A milli komandanın baş məşqçisi ilə bağlı məsələyə baxılıb. Azərbaycan Futzal Federasiyasının təqdimatına əsasən, Yevgeni Kukseviçin milli komandanın baş məşqçisi, Aleksey Kudlayın isə fiziki hazırlıq üzrə məşqçisi vəzifəsinə təyinatı təsdiqlənib. Hər iki mütəxəssislə müqavilənin müddəti 1 il nəzərdə tutulub.

    Cahangir Fərəcullayev qadın futbolundakı vəziyyətlə bağlı İcraiyyə Komitəsi üzvlərinə məlumat verib. O, A milli komandanın Millətlər Liqasındakı çıxışı, həmçinin qadın liqalarında başa çatan mövsümlə bağlı fikirlərini diqqətə çatdırıb. Qeyd olunub ki, yaxın vaxtlarda AFFA-da qadın futbolu ilə bağlı struktur dəyişiklikləri aparılacaq.

    Futbol

    Millimiz 2 futbolçusunu itirdi

    23.09.2026 23:08:11
    Futbol

    "Ondan gizli hücumçu kimi istifadə etmək istəyirik" - Ayxan Abbasov

    23.09.2026 22:46:01
    Futbol

    "Azərbaycan D divizionunda olmağa layiq deyil" - İqor Angelovski

    23.09.2026 22:37:26
    Futbol

    Millimiz Tacikistana çətinliklə qalib gəldi

    23.09.2026 21:57:17
    Futbol

    Azərbaycan - Tacikistan: HEYƏTLƏR

    23.09.2026 18:46:45
    Minifutbol

    Azərbaycan təmsilçisi Çempionlar Liqasına məğlubiyyətlə başladı

    23.09.2026 18:14:58
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Estoniyaya sərfəli məğlubiyyət yox, qələbə üçün gedəcəyik" - "Neftçi"nin baş məşqçisi

    23.09.2026 23:44:07

    Millimiz 2 futbolçusunu itirdi

    23.09.2026 23:08:11

    "Ondan gizli hücumçu kimi istifadə etmək istəyirik" - Ayxan Abbasov

    23.09.2026 22:46:01

    "Azərbaycan D divizionunda olmağa layiq deyil" - İqor Angelovski

    23.09.2026 22:37:26

    "Mən hansı klubun kapitanı olduğumu bilirəm" - "Neftçi"nin üzvü

    23.09.2026 22:07:31

    Millimiz Tacikistana çətinliklə qalib gəldi

    23.09.2026 21:57:17

    "Səfərə qalib gəlmək üçün gedəcəyik" - Konstantinos Vasiliadis

    23.09.2026 21:50:19

    Fərhad Rəcəbli dünya 3-cüsü oldu

    23.09.2026 21:28:44

    Yunanıstan üzərində qələbə, Ermənistana məğlubiyyət

    23.09.2026 21:00:49

    "Neftçi" FIBA Avropa Kubokuna qələbə ilə başladı

    23.09.2026 20:54:09

    Respublika Velotrekində məşqçilər üçün "Təhlükəsiz idman" mövzusunda təlim keçirilib

    23.09.2026 20:39:24

    “Birbaşa Bakı” Çempionlar Liqasına qələbə ilə başladı

    23.09.2026 20:17:08

    Azərbaycan Basketbol Liqası klublarına oyun qaydalarındakı dəyişikliklər barədə məlumat verilib

    23.09.2026 19:34:17

    Azərbaycanı Avropa çempionatında 12 stend atıcısı təmsil edəcək

    23.09.2026 19:09:16

    Azərbaycan - Tacikistan: HEYƏTLƏR

    23.09.2026 18:46:45
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved