“Neftçi” futbolçusu Ervin Koffi ilə yollarını ayırıb.
Prosport.Az xəbər verir ki, fransalı müdafiəçi ilə başa çatan müqavilənin müddəti yenilənməyib.
Qeyd edək ki, 2023-cü ilin yayında transfer olunmuş Koffi “Neftçi”nin heyətində 75 rəsmi oyuna çıxıb, 3 qol vurub.
Artıq onun yeni klubu da bəllidir. O, Liqa 2 təmsilçisi “Qenqam”la müqavilə bağlayıb.
30 yaşlı sağ cinah müdafiəçisi ilə 2+1 illik müqavilə imzalanıb. Bu, "Qenqam"ın yay transfer pəncərəsində bağladığı ilk müqavilə olub.

