Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin Almaniya təmsilçisi "Kayzerslautern"ə transferi rəsmən açıqlanıb.
Prosport.Az xəbər verir ki, 27 yaşlı futbolçu 2-ci Bundesliqa komandası ilə 3 illik müqavilə bağlayıb.
Qeyd edək ki, Mahir Emreli ötən mövsümü Almaniyanın digər klubu "Nürnberq"də keçirib.

