"Sabah"ın UEFA Avropa Liqasının I təsnifat mərhələsində rəqibi olan Sloveniyanın "Tselye" komandası heyətini yeni futbolçu ilə gücləndirib.
Prosport.Az xəbər verir ki, klub qapıçı Simon Sluqa ilə anlaşıb. 32 yaşlı xorvatiyalı qolkiperlə 2027-ci ilin yayınadək müqavilə imzalanıb.
Qeyd edək ki, komandalar arasında iyulun 10-da "Bank Respublika Arena"da keçiriləcək ilk oyun saat 20:00-da start götürəcək. İyulun 17-dəki cavab görüşü isə Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

