Bu yay “Kəpəz”dən ayrılan Trent Buhaqyarın yeni klubu bəlli olub.
Prosport.Az xəbər verir ki, Malta millisinin hücumçusu Sinqapurda çıxış edəcək.
O, yüksək liqada çıxış edən “Tampins Rovers” klubu ilə 1 illik müqavilə imzalayıb.
27 yaşlı futbolçu ötən mövsümün 2-ci yarısında Gəncə təmsilçisinə keçmişdi. O, “Kəpəz”də 14 oyuna çıxıb.

