“Zirə”nin Müşahidə Şurasının sədri Orxan Məmmədov Musa Qurbanlının İsveçin “Yurqorden” klubuna keçidinə münasibət bildirib.
Prosport.Az xəbər verir ki, o, özünün Tvitter səhifəsində yazıb:
“Qarabağ”ın və millimizin oyunçusu Musa Qurbanlının İsveçin "Yurqorden" klubuna transferi açıqlanıb. Transferin futbolumuz va oyunçumuz üçün xeyirli-bərəkətli olacağına inanıram. Musaya Stokholmda futbolumuzu layiqli təmsil edilməsi işində uğurlar arzu edirəm!”
Xatırladaq ki, dünən “Yurqorden” Musa Qurbanlı ilə 3 illik müqavilə imzaladığını açıqlayıb.

