Kristian Sebayos yenidən "Sabah"a qayıdıb.
Prosport.Az sportinfo.az-a istinadən xəbər verir ki, ispaniyalı veteran futbolçu bu dəfə məşqçi kimi "tələbələr”ə kömək edəcək.
O, yeni baş məşqçi Valdas Dambrauskasın məşqçilər korpusunda yer alacaq.
32 yaşlı gənc mütəxəssisin futbolçu karyerasında son klubu "Sabah" olub. Kristian Sebayos Masazır təmsilçisinin heyətində 31 oyunda 6 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, bir neçə ay əvvəl karyerasını başa vuran ispaniyalı "Sabah"dan öncə Belçikada “Sent-Trüden”, Qətərdə “Qətər”, “Əl-Vakra”, İngiltərədə “Totenhem” və “Çarlton” kimi klublarda forma geyinib.

