Çimərlik futbolu üzrə Azərbaycan millisi Bakıda təşkil olunan dünya çempionatının seçmə mərhələsində 2-ci oyununa çıxacaq.
Prosport.Az xəbər verir ki, yığmamız Estoniya ilə üz-üzə gələcək. Su İdman Sarayının ərazisindəki çimərlik futbolu meydançasında keçiriləcək matç saat 18:45-də başlayacaq.
A qrupunun digər oyununda isə İtaliya Moldova ilə qarşılaşacaq.
Qeyd edək ki, dünən millimiz Polşada keçirilmiş III Avropa Oyunlarında 5-ci yer üçün matçda 4:2 qalib gəldiyi Moldovaya Bakıda 2:3 hesabı ilə uduzub.

