Azərbaycan millisinin futbolçusu Mahir Emreli Almaniyaya yollanıb.
Prosport.Az xəbər verir ki, 27 yaşlı hücumçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Forvard Türkiyədəki hava limanından Almaniyanın Ştutqart şəhərinə yola düşüb. O oradan Kayzerslauternə gedəcək.
Qeyd edək ki, son olaraq 2-ci Bundesliqada "Nurnberq"in uğurları üçün çalışan Mahir Emreli bu çempionatın digər iştirakçısı "Kayzerslautern" ilə anlaşıb.

