Azərbaycan Premyer Liqasına vəsiqə qazanan "İmişli" komandasının yeni baş məşqçisi bəlli olub.
Prosport.Az xəbər verir ki, komanda portuqaliyalı Jorje Kaskilyaya tapşırılıb. 56 yaşlı mütəxəssislə 1 illik müqavilə bağlanıb.
Onunla birgə çalışacaq məşqçilər heyəti də müəyyənləşib. Kriştianu Souza və Qilyerme Kadete köməkçi məşqçi, Elşad Tahirov qapıçılar, Ulian Qoqa isə fiziki hazırlıq üzrə məşqçi olacaq.

