"Linkoln"la oyunlar çox çətin olacaq".
Prosport.Az-ın məlumatına görə, bunu "Qarabağ"ın futbolçusu Julio Romao Çempionlar Liqasının I təsnifat mərhələsində Cəbəllütariq təmsilçisinə qarşı keçirəcəkləri matçlar barədə danışarkən deyib.
25 yaşlı braziliyalı yarımmüdafiəçi qitənin bir nömrəli klub turnirində uğur qazanmaq istədiklərini bildirib: "Bu, hər hansı bir turnir deyil. Qələbə qazanmaq üçün mümkün qədər konsentrasiyalı olmalıyıq. Yarışı səbirsizliklə gözləyirik. Çempionlar Liqasında qrup mərhələsinə düşmək üçün 4 mərhələdən keçməliyik. Bu, uzun yoldur. Amma ümid edirəm ki, məqsədə çatacağıq".
Qeyd edək ki, "Qarabağ" "Linkoln"a qarşı ilk matçını iyulun 11-də səfərdə, cavab görüşünü isə iyulun 19-da evdə keçirəcək.

