Azərbaycanın U-21 yığmasının sabiq üzvü Kamran Əliyev karyerasını Rusiyada davam etdirəcək.
Prosport.Az xəbər verir ki, 27 yaşlı vinger "SKA-Xabarovsk"da qalıb.
I Liqa klubu Kamranla yeni 1 illik müqavilə imzalandığını açıqlayıb.
Qeyd edək ki, "Ximki"nin yetirməsi 2023/2024 mövsümündə "Sumqayıt"da oynayıb.

