“Zirə”nin futbolçusu Salifu Suma daha bir klubun maraq dairəsinə düşüb.
Prosport.Az xəbər verir ki, “Konyaspor” da qvineyalı vingeri transfer etməyi planlaşdırır.
Superliqa təmsilçisinin rəsmilərinin “Zirə” ilə danışığa start verdiyi də iddia olunur.
Qeyd edək ki, Salifu Sumanın "Zirə" ilə müqavilə müddəti 2026/2027-ci il mövsümünün sonuna qədərdir.

