Türkiyə millisinin futbolçusu Çağlar Söyüncü İspaniyanın "Atletiko" komandasına keçib.
Prosport.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, 27 yaşlı mərkəz müdafiəçi Madrid təmsilçisi ilə 4 illik müqavilə qol çəkib.
Son klubu İngiltərə "Lester"i olan təcrübəli oyunçu La Liqa təmsilçisinə sərbəst futbolçu kimi transfer olunub.
Xatırladaq ki, Çağlar Söyüncü Türkiyədə "Altınordu" və Almaniyada "Frayburq"un da formasını geyinib.

