Azərbaycan milli komandasının 2026-cı il dünya çempionatının seçmə mərhələsində Ukrayna yığması ilə keçirəcəyi səfər oyununun yeri müəyyənləşib.
Prosport.Az xəbər verir ki, D qrupunun IV turu çərçivəsində oktyabrın 13-də Polşanın Vrotslav şəhərində təşkil olunacaq görüş “Tarçinski Arena”da oynanılacaq.
Matç Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.
Qeyd edək ki, Azərbaycan millisi Ukrayna yığması ilə ev oyununu sentyabrın 9-da Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək.

